Yerli istehsal silahları ilə düşmənin canına vəlvələ salan Türkiyə ABŞ-dan istəyib ala bilmədiyi daha bir silahı özü istehsal edib.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin milli hərbi sənaye şirkəti ASELSAN miniatür bomba istehsalını tamamlayıb.
Havadan müdafiə sistemlərinin radarına girmədən hədəfinə çata bilən miniatür bomba 100 km məsafədəki hədəfini vurmaq qabiliyyətinə malikdir. Bu potensialı isə qanadları vasitəsilə əldə edir. Boyu digər bombalara nisbətən daha kiçik olan bu bombanın 110 kq ağırlığı var. Bir təyyarə bu bombadan 8 ədəd daşıya bilər.
Miniatür bombanın daha bir özəlliyi isə betondəlici güclü hərbi başlığıdır. Bomba 60-70 km məsafədə yerləşən bir təyyarə anqarının beton örtüyünü deşib içəridə partlaya bilər.
Amerika istehsalı “Small Diameter Bomb”un (Kiçik diametrli bomba) Türkiyə versiyası olan bomba bu il Türkiyənin Hərbi Hava Qüvvələrinin xidmətinə veriləcək.