İtaliya A Seriyasında VII tur davam edir.
Oxu.Az xəbər verir ki, “Roma” öz meydanında “Frozinone” ilə qarşılaşıb.
Matç paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0.
Hesabı 22-ci dəqiqədə Paulo Dibalanın ötürməsindən sonra Romelu Lukaku açıb. 83-cü dəqiqədə Dibalanın ötürməsini bu dəfə Lorenso Pelleqrini qola çevirib.
Qələbə “Roma”nı 12-ci pilləyə yüksəldib. Komandanın səkkiz xalı var. Doqquz xala sahib olan “Frozinone” 10-cudur. Digər qarşılaşmada “Yuventus” səfərdə “Atalanta” ilə heç-heçə edib – 0:0.