İndoneziyada Semeru vulkanı püskürüb.
Məlumata görə, bölgədə üçüncü təhlükə səviyyəsi elan edilib.
Yerli sakinlərdən vulkana 13 km-dək məsafədən yaxınlaşmamaları xahiş olunur.
Qeyd edək ki, Semeru zəmanəmizin ən təhlükəli vulkanlarından biri hesab olunur. 2021-ci ilin dekabrında onun püskürməsi nəticəsində 51 nəfər həlak olub.
Xatırladaq ki, İndoneziya Sakit Okean Halqasının bir hissəsidir, burada güclü tektonik qırılma mövcuddur. Ölkədə 130-a yaxın vulkan var.
Mənbə: gazeta.ru