Norveçdən Rusiyaya qarşı sanksiyalar

Norveçdən Rusiyaya qarşı sanksiyalar

Norveç Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə qoşularaq yeni sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sanksiyaların yeni raundu əsasən Aİ-nin 11-ci sanksiya paketinin tədbirlərinə uyğundur”, – açıqlamada qeyd olunub.

Paket Rusiya ərazisindən hərbi və təhlükəsizlik xidmətlərinin istifadə edə biləcəyi mal və texnologiyaların, aviasiya və kosmik sənaye məhsulları, lüks mallar və bir sıra digər məhsulların tranzitinə qadağa qoyulmasını nəzərdə tutur.


Share: