Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçmanın müşaviri Oleq Soskin bildirib ki, Rusiyanı dəstəkləyən Çin, Hindistan və Braziliya Ukraynanın düşməni sayıla bilər.
“Qafqazinfo” xəbər verir ki, Soskin bu barədə özünün yutub kanalında danışıb.
Onun sözlərinə görə, Hindistan, Çin və Braziliya kimi böyük dövlətlər birmənalı şəkildə Moskvanı dəstəkləməyə sadiqdirlər. Buna görə də keçmiş məmur bu dövlətlərin əslində Kiyevin düşmənləri olması qənaətinə gəlib.
Soskin hesab edir ki, böyük dövlətlər Ukraynaya öz mənfi münasibətini daha açıq şəkildə ifadə etməyə başlayıblar, çünki hətta ABŞ da tədricən Ukrayna hakimiyyətindən üz döndərir.