ABŞ terrorla mübarizədə Türkiyənin yanında olduğunu açıqladı

ABŞ terrorla mübarizədə Türkiyənin yanında olduğunu açıqladı

“Terror təşkilatı PKK ilə mübarizədə Türkiyənin yanında olmağa davam edəcəyik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuata açıqlamasında deyib.

O bildirib ki, ABŞ terror təşkilatı PKK ilə mübarizədə NATO müttəfiqi Türk xalqının yanında dayanmağa davam edəcək.

Miller PKK-nın ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanındığını xatırladıb.

Qeyd edək ki, oktyabrın 1-də PKK tərəfindən Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olunub.


Share: