Əfqanıstanın şimalındakı Cövzcan vilayətində köhnə minanın partlaması nəticəsində azı iki uşaq həlak olub.
Bu barədə yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən “TOLOnews” telekanalı məlumat yayıb.
Onun verdiyi məlumata görə, partlayış nəticəsində daha bir neçə uşaq xəsarət alıb, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.
Partlayan mərmi terror təşkilatının yaraqlıları tərəfindən Cövzcan şəhərinin cənub-qərb hissəsində yerləşdirilib.
UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq partlamamış hərbi sursatlar nəticəsində həlak olub və ya şikəst qalıb. Əfqan uşaqlar çox vaxt döyüş sursatı ilə oynayarkən və ya metal qırıntılarını yığarkən həlak olurlar.
Mənbə: “TOLOnews” telekanalı