Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, A, B, C və D qruplarında ümumilikdə 8 oyun baş tutub.
Türkiyə çempionu “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub. 5 qolun vurulduğu oyun İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər matçında “Bavariya” Danimarkada “Kopenhagen”i məğlub edib.
Günün mərkəzi qarşılaşması İtaliyada “Napoli” ilə Madrid “Real”ı arasında baş tutub. İspaniyalılar qarşılaşamadan 3:2 hesablı qələbə ilə ayrılıb.
“Sevilya” Niderland səfərində 1 xal qazanıbsa, “Arsenal” Fransada “Lans”a uduzub.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
3 oktyabr
A qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) – 2:3
Heylun, 17; 67 – Zaha, 23; Akturkoğlu, 71; İkardi, 81
“Kopenhagen” – “Bavariya” (Almaniya) – 1:2
Lerager, 56 – Musiala, 67; Tel, 83
B qrupu
“Lans” (Fransa) – “Arsenal” (İngiltərə) – 2:1
Tomasson, 25, Vahi, 69 – Xesus, 14
PSV (Niderland) – “Sevilya” (İspaniya) – 2:2
Yonq, 86; Teze, 90+5 – Qudel, 68; Nesiri, 87
C qrupu
“Union” (Berlin, Almaniya) – “Braqa” (Portuqaliya) – 2:3
Beker, 30; 37 – Nyakate, 41; Bruma, 51; Kaştru, 90+4
“Napoli” (İtaliya) – “Real” (İspaniya) – 2:3
Ostiqard, 19; Zielinski, 54 (pen) – Vinisius, 27; Bellingem, 34; Valverde, 78
D qrupu
“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) – 0:2
Oyarsabal, 7; Mendes, 27
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 1:0
Türam, 62