Ukraynadan bəhs edən kitabın ilk səhifəsini yazmaq hüququnu onlara vəd etdi

Ukraynadan bəhs edən kitabın ilk səhifəsini yazmaq hüququnu onlara vəd etdi

Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyaya münaqişə bitdikdən sonra ölkəsinin tarixi haqqında yazılacaq kitabın “ilk səhifəsini” yazmaq hüququ vəd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şepps “Teleqraf qəzetinin” yutub kanalında yayımlanan müsahibəsində bildirib.

“Prezident Zelenskinin mənə dediyi odur ki, bu müharibə başa çatdıqdan sonra Ukraynanın tarixi haqqında yeni bir kitab yazılacaq və bu kitabda birinci fəsil boş olacaq. Və birinci səhifəni yazmaq Böyük Britaniyaya həvalə ediləcək” , – deyə Q. Şepps əlavə edib.

Qeyd edək ki, oktyabrın 3-də Böyük Britaniyanın baş naziri Rişi Sunak G7 və NATO ölkələrinə Ukraynanı dəstəkləməyə davam edəcəklərini vəd edib. O qeyd edib ki, bu dəstək lazım olana qədər davam edəcək.


Share: