Monteneqroda onlarla insan günlərdir “yerindən qalxa bilmir”

Monteneqroda onlarla insan günlərdir “yerindən qalxa bilmir”

Balkan ölkəsi olan Monteneqronun Niksic şəhəri yaxınlığında yerləşən Brezna Etno kəndində ölkənin yumoristik ənənələrindən olan uzunmüddətli yatmaqla bağlı müsabiqə 46 gündür davam edir.

Avqustun 18-də Monteneqroda 21 iştirakçı ilə başlayan müsabiqədə indiyə qədər yerindən qalxmamağı bacaran 3 nəfər 1000 avroluq mükafat və “Ən tənbəl vətəndaş” adını almaq uğrunda mübarizə aparır.

Bu il 12-ci dəfə keçirilən qəribə müsabiqədə 46-cı günə qədəm qoyan iştirakçılar 1080 saatı geridə qoyublar.

Müsabiqə qaydalarına əsasən, iştirakçıların yuxuya getmələrinə, yemək-içmək ehtiyaclarını ödəmələrinə, kitab oxumalarına və telefondan istifadə etmələrinə icazə verildiyi halda, ayağa qalxmaları qayda pozuntusu hesab olunur.

Rəqiblər hər 8 saatdan bir şəxsi ehtiyaclarını qarşılaya bilirlər.

Mənbə: Haber Global

Share: