Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə 4 qrupda 8 görüş keçirilib.
“Atletiko” doğma meydanda “Feyenoord”u qəbul edib. Bol qollu matçda sevinən ev sahibi komandası olub. “Şaxtyor” isə səfərdə “Antverpen”i peşiman edib. Turnirin son qalibi “Mançester Siti” Almaniyada “Leyptsiq”in qonağı olub. İngiltərə klubu qarşılaşmadan qalib ayrılıb.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
II tur
E qrupu
20:45. “Atletiko” (İspaniya) – “Feyenoord” (Niderland) – 3:2
23:00. “Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) – 1:2
Xal durumu: “Atletiko” – 4, “Latsio” – 4, “Feyenoord” – 3, “Seltik” – 0.
F qrupu
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Milan” (İtaliya) – 0:0
23:00. “Nyukasl” (İngiltərə) – PSJ (Fransa) – 4:1
Xal durumu: “Nyukasl” – 4, PSJ – 3, “Milan” – 2, “Borussiya” – 1.
G qrupu
23:00. “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:3
23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) – 2:2
Xal durumu: “Mançester Siti” – 6,“Leyptsiq” – 3, “Srvena Zvezda” – 1, “Yanq Boyz” – 1.
H qrupu
20:45. “Antverpen” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:3
23:00. “Portu” (Portuqaliya) – “Barselona” (İspaniya) – 0:1
Xal durumu: “Barselona” – 6, “Portu” – 3, “Şaxtyor” – 3, “Antverpen” – 0.