UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Portu” – “Barselona” matçında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, İspaniya təmsilçisinin meydanda olan futbolçusu Lamine Yamal oyunun 71-ci dəqiqəsində narahatlığı səbəbi ilə tualetə getməli olub.
Geri dönməyən futbolçu 80-ci dəqiqədə Markos Alonso ilə əvəzlənib. Bunadək “Barselona” 9 dəqiqə 10 nəfərlə oynayıb.
Qeyd edək ki, qarşılaşma “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.