Hər yerdə suyun nə qədər faydalı və lazımlı olduğu ilə bağlı çoxlu informasiya alırsınız. Bu yazımızda isə sizə suyun nə vaxt daha xeyirli olduğunu yazacağıq.
1. Nə üçün ilıq su içmək lazımdır?
- Çünki ilıq su daxili orqanlarımızı rahatladır. Beləliklə daha dərin və rahat nəfəs alırıq.
- Qan dövranına da təsiri var. Belə ki, oksigen bədənimizə daha yaxşı yayılır və orqanlarımızın daha yaxşı işləməsini təmin edir.
- Orqanizmdəki ən böyük faydası isə mədəyədir . Mədə turşusunun təsirlərini azaldır.
- Yediyimiz qidaların xeyirini artırır və həzmə kömək olur
- Qəbizlik problemini aradan qaldırır.
- Həmçinin yemək yemədən yarım saat əvvəl içəcəyiniz isti su iştahanızı azaldacaq, çəki artımını əngəlləyəcək.
2. Bəs su içərkən nələrə diqqət etməliyik? Bir az da onlardan bəhs edək:
- Yuxu arasında su içmək yaxşı deyil. Çünki sinirlərə zərər verir.
- Meyvə yedikdən sonra da su içmək mədəmizdə turşu nisbətini artırır.
- Yeməkdən sonra yediyimiz qidaların mədə altında yığılıb qalması üçün yeməyi yeyən kimi dərhal su içmək lazımdır.
- Şirmiyyat yedikdən sonra içilən su şəkəri yüksəldir.
- İdman etdikdən sonra içilən su dalaq və qaraciyər böyüməsinə səbəb olur.
3. Bəs nə vaxt su içək?
- Yağlı yeməklərdən sonra
- Yuxudan oyananda
- Yuxudan əvvəl
- Ət yedikdən sonra
- Yemək arasında
Gündə ən az 2 litr su içməyi unutmayaq. Paylaşaq, ətrafımızı məlumatlandıraq.