“PKK komandirinin Atlas”ı DİN-nin anti-terror əməliyyatında ələ keçdi…

“PKK komandirinin Atlas”ı DİN-nin anti-terror əməliyyatında ələ keçdi…

Araşdırma zamanı məlum olum ki, Azərbaycan polisinin anti-terror əməliyyatı zamanı “PKK komandirinin Atlas”ı kəşfiyyat dəftəri ələ keçib.

Təhlillərə gəlincə ilkin araşdırmalar zamanı məlum olub ki, bu dəftər bugünkü gün üçün lazım olan strateji kəşfiyyat materialları dəftəridir.

“PKK Atlas”ında indiyədək haqqında heç bir məlumat verilməyən bu dəftərdə Azərbaycan-Türkiyə münasibətlərinin pozulması, Zəngəzur dəhlizinin formalaşması, Azərbaycan və Türkiyə ərazilərində baş verə biləcək dağıntı, təxribat və terror hadisələrindən bəhs olunur.

Təhlillərə görə “Atlas”ın hazırlanmasında aktiv rol oynayan Y.Nəbiyev iddia edir ki, PKK Asala birgə fəaliyyətinə Bakının qələbəsindən sonra son qoyuldu.

“Biz Ermənistanla, quldurlarla əlaqəni kəsirik. Livanda bu məsələ ilə qurduğumuz məclisdə geniş bəhs etdik.

“ASALA” ilə “PKK”-nın terror yolları ayrıldı…

Türkiyənin dağılmasını, Azərbaycanla münasibətlərin pozulmasını gözləyən fransız, italyan və yunanıstan mərkəzlərinə xatırladırıq: “Siz uduzdunuz… Çəkilin yoldan!..”

Hazırda PKK-nın Baş Qərargahında hazırlanmış bu Atlasda indiyədək məlum olmayan məsələlər var…

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

 

Share: