Kremldən İrəvanla bağlı yeni açıqlama: Ümid edirik…

Rusiya hesab edir ki, hazırkı siyasi situasiyanın necə nəticələnməsindən asılı olmayaraq, Ermənistanla müttəfiqlik münasibətləri dəyişməz qalacaq.

Müstəqil.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əvvəlki kimi ümid edirik ki, Ermənistandakı bütün proseslər Konstitusiya və qanun çərçivəsində olacaq. Arzu edirik ki, erməni dostlarımız tezliklə siyasi situasiyanı həll etsinlər”, – deyə o bildirib.

İlkin H.

Share: