HSBC bankının İrəvan filiallarından birində atışma baş verib.
Müstəqil.Az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” agentliyi yayıb.
Atışma zamanı 2 nəfərin yaralandığı bildirilib. İddialara görə, banka qarət məqsədilə hücum edilib.
Hələlik polis yayılan informasiyanı təsdiqləməyib.
***
İrəvanda Britaniyanın HSBC bankına hücum edən şəxslərdən biri tutulub. Soyğunçunun yaxalanma anının videosu Feysbuk sosial şəbəkəsində yerləşdirilib.
***
İrəvandakı Britaniyanın HSBC bankına hücum nəticəsində yaralananlardan biri həlak olub.
Polis artıq soyğunu törədən şəxsin də kimliyini müəyyən edib. Hücumu həyata keçirən şəxs polis polkovniki Daniel Danielyan olub.