Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində 8 Oktyabr 2023-cü ildə Qazax şəhəri Ədəbiyyat muzeyində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə təşkil edilib.
Ədəbi-bədii gecəni Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açaraq layihənin təşkili və mahiyyəti haqqında məlumat verib.
Daha sonra çıxış edən Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona şöbəsinin sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu, Qazax şəhər 2 nömrəli musiqi məktəbinin “Şəms” muğam qrupu, “Sabahinfo” saytının sədr müavini Elnarə Həziyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mübariz Qaragözlü, Tamella Poladlı, şair-kitabxanaçı Gülsənəm Cəlili, şair Briliyant Atəş, aşıq İnsafə Əhmədova, Qazax şəhər 2 nömrəli musiqi məktəbinin şagirdlərindən ibarət “Odlar yurdu” aşıqlar qrupu, Qazax rayonu Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbinin və Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbinin şagirdləri çıxış etdilər. Layihənin kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmağda böyük rol oynayacağından bəhs etdilər.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində Bakı, Qazax, Şəki və İsmayıllı rayonlarında kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi və kəlağayı haqqında kitabın nəşri nəzərdə tutulmuşdur.