AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Tallində baş tutacaq qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçı Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.