ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə növbəti telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqda ABŞ-nin vitse-prezidenti Kamala Harris də iştirak edib. Tərəflərin ABŞ-nin İsrailə dəstəyini müzakirə etdiyi açıqlanıb.