Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa Parlamenti Məhsa Əmini və “Qadın, Həyat, Azadlıq” hərəkatını “Saxarov mükafatı”nın üç namizədindən biri elan edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Avropa Parlamentinin xarici siyasət üzrə rəhbəri Mak Allister bu addımın onların qadınların hüquqları uğrunda mübarizə aparan cəsarətli fəaliyyətinin tanınması kimi qiymətləndirib.
Qeyd edək ki, Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatı (daha çox “Saxarov” mükafatı kimi tanınır) – həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri, yaxud bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilib.