Uzaq İonik dənizində “Xəzər Şahzadəsi” yaxtasını xilas edənlər

Uzaq İonik dənizində  “Xəzər  Şahzadəsi” yaxtasını xilas edənlər

“Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı “AXDG”QSC-nin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Deportamentinin rəis müavini, uzaq səfərlər kapitanı Şahlar Məmmədovdur- Bosfor və Dardanel boğazını milli bayraqla keçən ilk kapitan

-Şahlar müəllim, Sizinlə söhbətimizə özünüz haqqında qısa məlumatla başlamaq istərdim.

Mən,  1958-ci  ilin sentyabr ayının 23-də  Ucar  rayonunun  Ramal  kəndində doğulmuşam. 1965-ci ildə Ramal  kəndindəki     səkkizillik   məktəbin  birinci  sinifinə  ğetmişəm  və  1973-cü ildə  həmin  məktəbi  bitirmişəm. 1973-cü ildə  imtahanları  müvəfffəqiyyətlə  verərək  Qafur  Məmmədov  adına  Bakı  Dəniz  Yolları  məktəbinin (BDYM)   ğəmisürücülük  fakultəsinə  qəbul  olundum. 1977-ci  ilin  dekabr  ayında  BDYM  məktəbini  qırmızı diplom  ilə  bitirb  teхnik-ğəmisürücü  iхtisasına  yiyələndim.

-Beləliklə sinif otağından bir başa dənizə gəldiniz.

-Tələbə vaxtı təcrübədə olmağımızı nəzərə almasaq, elədir. Məktəbi bitirdikdən sonra  1978-ci  ilin  yanvar  ayında  ğənc  mütəхəssis  kimi  ğöndərişlə  Хəzər  Dəniz  Ğəmiçiliyi idarəsində  işə  qəbul  olundum  və  1988-ci  ilin  mart  ayınadək  kapitanın 3-cü, 2-ci,  baş  köməkçisi  vəzifələrində  işlədim.

-Və dənizçilik karyeranızda yüksəlişlərə nail oldunuz, gəmi kapitan, Uzaq səfərlər kapitanı…

-1988-ci  ilin mart ayında   SSRI  Dəniz  Donanması  Nazirliyi  tərəfindən Moskva şəhərində təşkil olunmuş kursları keçəndən  sonra aidiyyəti üzrə müvafiq imtahanları müvəfəqiyyətlə verdikdən sonra  təsdiqlənərək «Uzaq  Səfərlər Kapitanı» rütbəsini  aldım  və Хəzər  Dəniz  Ğəmiçiliyi idarəsinin  gəmilərində1992-ci ilədək  kapitan  vəzifəsində  işlədim. 1986-ci  ildə Odessa  Ali  Mühəndis  Dəniz  Məktəbini  qiyabi  olaraq  müvaffəqiyyətlə  bitirib  mühəndis  ğəmisürücü  rütbəsini  sahibləndim.

-Şahlar, müəllim, bu arada soruşmaq istəyirəm, Sizdə dənizə maraq bəs necə yarandı? Doğulduğunuz bölgənin dənizlə bir başa əlaqəsi yoxdur, heç böyük çay da keçmir.

–  Hələ oxuduğum ibtidai  məktəbin ibtidai sinifini  (4-cü sinifi) bitirəndə  ,kim  hansı sənətin arxasınca   getmək  istəyir  mövzusuna  dair  ifadə  yazmışdıq. Onda  mən  kapitan olacağam  deyə   yazmışdım. Uşaqlıq yeniyetməlik vaxtlarımdan bu sənətin, sahənin sehrinə düşmüşdüm. Mən  dənizi  sevərək, sənətimi  sevərək  dənizə  gəldim.

Şahlar müəllim, uzun müddət gəmi kapitanı olaraq Azərbaycan dənizçisinin adını SSRİ dən uzaqlarda təmsil etdiniz. Hqqınızda xoş sözlər deyilir. Sizin üçün kapitan adını daşımaq, ölkənin hüdudlarından kənarda fəaliyyət göstərmək nə deməkdir?

– Kapitan olmaq,  şübhəsiz böyük  hərflə  başlayan  kapitan olmaq  böyük   şərəfdir. Ürəklə, bacarıqla bu adı daşımaq  sözün həqiqi mənasında kapitan olanlar üçün bu, bir qürur mənbəyidir. Səni də  o işlə  şərəfli edən sənin öz  sənətini necə sevməyindən asılıdır. Mən  öz  sənətimi çox  sevmişəm  və  yenə də sevirəm. Fəxr edirəm  ki,  mən  kapitanam.  Xüsusən də Sovetlər   dövründə  bu daha da  əzəmətli idi.

-Yəni demək istəyirsiniz ki, indi fərqli nələrsə, müşahidə olunur?

-Təkrar edirəm,   bəli  o dövrlər bu ad doğurdan da çox  əzəmətli idi.  SSRİ belə  kadrlarını   çox  dəyərləndirirdi  və  hər  vətəndaş da SSRİ vətəndaşı olmaqla  fəxr edirdi, o cümlədən də  mən fəxr edirdimki,  belə  gənc  yaşda belə  bir nəhəng  dövləti  təmsil edirəm. SSRİ,  Avropa  və  digər  ölkələrin  limanlarına  gələndə kapitana  hər  cür   hörmət edirdilər, hər bir kapitan   çox   böyük  nüfuza malik idi.

 -Müstəqillik illərinin ilk günlərində də Azərbaycanı xarici ölkələrdə şərəflə təmsil etmisiniz.

-1992-ci  ildə Almaniya  Federativ  Respublikasının  Kil  şəhərinə  Azərbaycan-Alman  müştərək  « Kaumerk  şipmenecement qmbh»  firmasına Хəzər  Dəniz  Gəmiçiliyi İdarəsi tərəfindən  direktor  vəzifəsinə göndərildim. 1995-ci  il  avqust  ayınadək  adı  çəkilən  firmada  direktor  vəzifəsində  işlədim  və  ğeri  çağırıldım. Bu  müddət  ərzində gəmiçiliyin iki sərnişin  bərə, iki ro-ro və  bir  dənə  də 7000 min tonluq  tanker  gəmilərini  Baltik dənizində istismar  üçün aparmışdıq. Biz Baltik dənizində Almaniyanın  Kil limanı ilə  Estoniya, Latviya, Rusiya (Kalininqrad limanı) və Litva limanları  arasında   gözəl əlaqələr  yaratmışdıq. Milli bayrağımız altında üzən  gəmilərimiz buralarda  müvəfəqiyyətlə istismar edilirdi . Yüklərin daşınmasını elə təşkil etmişdik ki,  bununla  əlaqədar  olaraq bir dənə də əlavə Latviya  bayraqlı  ro-12 gəmisini də icarəyə  götürmüşdük. Əfsuslar olsun  ki, o  cür  gözəl yaradılmış  sistem  gəmiçiliyin sonrakı rəhbərliyi  tərəfindən dağıdıldı. Çox  əfsuslar olsun.

Yenidən Xəzərin sahillərinə qayıtdınız..

-Hə, o sistem tarixin səhifələrinə köçdü. Mən isi 1996-cı  ildə Azərbaycan  Dövlət Хəzər  Dəniz  Ğəmiçiliyi İdarəsində  Beynəlхalq  Dəniz  Təşkilatı  Qrupunun  rəhbəri – məsləhətçi  kapitanı  vəzifəsinə təyin  olundum.

-Zaman keçdikcə, təkcə ayrı-ayrı dənizçilərimiz deyil, bütünlüklə gəmiçiliyimiz də dünya dənizçiliyində tanınır, söz sahibinə çevrilirdi.

-Elədir,   Azərbaycan  Dövlət Хəzər  Dəniz  Ğəmiçiliyinin  təşəbbüsü  ilə Respublikamız  1995-ci il mayında   Beynəlхalq  Dəniz  Təşkilatına(BDT)  üzv oldu.

 – Amma müəyyən çətinliklər də olurdu, ölkə təzə müstəqqillik qazanmışdı, gəmilərimizin milliləşdirilməsi də bəzən hansısa maneələrlə müşahidə olunurdu, bu barədə nə deyə bilərsiz.

– Elə hallarla qarşılaşırdıq. Yadımdadır  bizim  gəmilərin  birini  Rumıniyada  saxlamışdılar ki, artıq  SSRİ  deyilən  bir  dövlət  yoxdur,  sizin  gəmilər isə  hələ də  SSRİ-nin  sənədləri ilə üzür. O  zaman  mən  SOLAS-74 Beynəlxalq Konvensiyaya  uyğun olaraq  gəmilərimizə və  dənizçilərimizə  Respublikamızın adından keçid  dövrü üçün  müvəqqəti  milli sənədlər   hazırladım və  aidiyyəti  üzrə  razılaşdırıb  gəmi  və  dənizçilərimizə həmin  sənədləri  verməyə başladıq.

-Bəs Dəniz Administrasiyası niyə bu məsələlərdə ləngimişdi?

– Dəniz Administrasiyasının  yaranması məsələsi  bundan  sonra  da labüd   oldu  və  biz  bunun üzərində  işləməyə  başladıq. Eləcədə Respublikamızda dənizçilik sahəsi üzrə  qanunvericilik  yaradılmasına  başladıq. Bu  hazırlıqların  nəticəsində 2000-ci ildə Respublikamızın  Prezidentinin  fərmanına əsasən Dəniz Administrasiyasının səlahiyyətlərinin yerinə  yetirilməsi Azərbaycan  Dövlət Хəzər  Dəniz  Gəmiçiliyinə  həvalə olundu.

Şahlar müəllim, bilirik ki, keçmiş Dövlət Dəniz Administrasiyası, bu günün Dövlət Dəniz və Liman Agentliyinin fəaliyyəti gəmilərimizin idarə olunması, sənədləşməsi, BDT-nın tövsiyyələri, dənizçilərin şəhadətlənməsi, seritifikatlaşdırılmasını üzərinə götürən, icra edən mühüm bir təşkilatdır. Amma bir profesional olaraq Agentliyin əsas işinin nə olduğu, məğzini dənizçi oxucularımızın yaddaşı  üçün təzələyə bilərikmi?

-Bilirik ki, Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyi  Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində  Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Dəniz Agentliyinin  əsas  işi gəmiçilik şirkətləri, gəmilər, heyət  üzvləri, limanlar  və  ümumiyyətlə  dənizçilik sahəsində fəaliyyət göstərən  bütün  təşkilatlar tərəfindən  İMO/BDT-nin  qəbul etdiyi beynəlxalq konvensiyaların  yerinə yetirilməsinə nəzarət edir, bunlar  arasındakı münasibətləri nizamlayır, ntənzimləyir.  Qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək, müvafiq sahədə kadr hazırlığını təmin edir, Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini həyata keçirir,  dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil edir və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət edir, Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyündə bələdçi xidmətini təşkil edir və  fəaliyyətinə nəzarəti həyata keçirir,  ərazisində gəmilərin üzmə rejimini təşkil edir və həmin rejimə riayət edilməsinə nəzarəti həyata keçirir.

Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərinin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparır, dəniz registrinin fəaliyyətini tənzimləyir və Azərbaycan Respublikasında beynəlxalq təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq verir və onların fəaliyyətinə nəzarət edir. Gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görür.  Dənizçilərə ixtisas şəhadətnamələri (diplomları) və dənizçinin şəxsiyyət sənədlərini verir. Qəza hallarının araşdırılmasını həyata keçirərək və onların qeydiyyatını aparır. Azərbaycan Respublikasının ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemini (GHİS) təşkil edir və müvafiq sahəyə aid olan qanunvericiliyin pozulmasına görə şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür.  Xarici dövlət bayrağı altında üzən gəmilər vasitəsilə kabotaja icazə verilməsi məsələlərini həll etmək,  müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxır, internet saytı yaradır və ondan istifadə etmək.  Administrasiya dənizçilik sahəsinə aid normativ hüquqi aktları hazırlayır və təsdiq edir  və  sairə.

– Siz Dövlət Dəniz Administrasiyasında , indiki Dəniz və Liman Agentliyində mühüm postlardan birini tuturduz. İşlədiyiniz müddətdə nələrə nail ola bildiniz?

– Dövlət Dəniz Administrasiyasında  işlədiyim  müddətdə 20-dən  artıq   İMO/BDT  tərəfindən  qəbul edilmiş Beynəlxalq Konvensiyaya  və  prokollar hazırlanıb hökumətə  ratifkasiya üçün təqdim edilərək respublikamız  tərəfindən  ratifikasiya olunmasını həyata  keçirdik.

 – Şahlar müəllim, özünüz qeyd etdiyiniz kimi və bizlərin də bildiyimiz kimi, uzun, şərəfli bir dənizçi ömrü yaşamısız. Mümkün deyil ki, yadda qalmayan, maraqlı hadisələrin iştirakçısı olmayasız. Bəlkə yaddaşımızı təzələyək?

Bu arada  yadıma bir  epizod     düşdü.  Mən  dənizi, sənətimi   sevdiyimə  görə  çalışırdım  həmişə Qara  dənizdə  üzən  gəmilərdə   işləyim,  və istəyimə də nail olurdum.  O  tərəflərdə işlədiyimə   görə  Bosfor  və Dardanel  boğazlarını  tez-tez  keçirdik və  buna   görə də boğazlardakı   VTS  gəmi trafik  kontrolları ilə sıx  əlaqəmiz  var  idi. Onların  hamısı  məni,   mən  də  onları tanıyırdim. Bunlar   həmişə bizə  rus  (SSRİ) bayrağı altında üzməyimizi  irad  tuturdular.  Mən  də  onlara  həmişə  deyirdim ki, bir  gün  gələcək  biz də bu  boğazları  öz gəmilərimiz  və  öz  milli  bayrağımız  altında  keçəcəyik.  Özü də mən birinci olaraq  milli bayraqla mən keçəcəyəm .  O zaman    yeddi  min  tonluq  “Bolşevik Əliyev” adlı tankerə kapitan olaraq yeni  təyinat almışdım. 1991-ci ilin  mayında gəmiçilikdən radioqramma  aldıq, bu  gündən sonra saat 15.00-dan  artıq öz   bayrağımız altınada üzəcəyik .  Mən  heyəti  yığdım,  bu xoş xəbəri  elan  elədim  və  dedim   mən  türklərə söz  vermişəm  ki,  bu  bayraqla Türkiyə  boğazlarını  birinci olaraq mən keçəcəyəm,  nə  deyirsiniz? Heyət,  komandir  nə  deyirsiniz  deyin,  baş  üstə  eləyək, dedi. Biz  İtaliya, Bolqarıstan,  biri də  yadımdan  çıxıb, 3  ölkənin bayrağından  öz  milli  bayrağımızı  düzəltdik. Gəminin tüstü   turbasını milli bayrağın şəklini çəkdik, dövlət atributlarını qeyd etdik.  Səhər  hava  işıqlaşandan  sonra  Dardanel boğazını  daxil olduq. Dardanel və Bosfor  boğazlarını keçərkən və həmin VTS trafik  kontrolları VHF/UQD  çağıraraq  baxın  mən  sizə deyirdim ki, bir  gün  gələcək  və  biz  öz   bayrağımızla  buralardan  keçəcəyik.  İndi  baxın,  bu  bizim  bayraqdır  və  bundan  sonra biz  inşaAllah  yalnız  bu  bayraqla  buralardan  keçəcəyik.

-Adam dinlədikcə, gəmiçiliyimizin milliləşməsi, dünya sualrını öz bayaraqlarımız altında üzməsinin necə qürurverici olduğunu yaşayırsan. Hadisələr isə az olmayıb…

-Bir  dəfə də,  1986-cı illər  idi İonik dənizində  “ Cəfər  Cabbarlı”  gəmisində  SOS siqnalı  aldıq. Bu SOS  verən gözəl  bir   yaxta  idi,  adı da  “Caspian Prince” (“Xəzər  Şahzadəsi”).  İngilis  bayraqlı, 5  nəfərdən ibarət  heyəti  vardı. Nə isə,  biz  bu  yaxtanı  xilas etdik  və  İtaliyanın  Brindizi  limanına  gətirdik. Deyirdim  yazıya  bax, talehə  bax “Xəzər  Şahzadəsi”ni (“Caspian Prince”)  kim  xilas elədi, xəzəryanı  ölkənin  gəmisi.  Mən  yaxtanın  kapitanından, ingilisdən   soruşanda  bu adı haradan  götürmüsünüz, haradan  qoymusunuz? O,  Xəzər Şahzadəsi,  “Caspian Prince”  haqqında mən bir nağıl  oxumuşdum. Bu nağıl çox xoşuma gəlirdi, yaddaşımda qalsa da   tez-tez də oxuyurdum.  Yaxtanın bu adla adlandırılmasında o nağılın bir başa təsiri var, dedi.

-Şahlar müəllim, sizinlə həmsöhbət olmaq çox xoşdur. Layihəmiozin adı “Dənizçi həyatı”dır. Bu həyatla bağlı sizə sual vermirəm, siz o həyatı yaşamısız və hazırda da yaşayırsız. Haqqınızda daima xoş sözlər danışılıb, təcrübənizə, biliyinizə, liderlik qabiliyyətinizə istinad olunub. Gənc dənizçi nəslinə nümunə göstərilibsiz. Gənclərə tövsiyyəniz nə idi?

– Gənc dənizçi nəslinə, eləcə də bütün dənizçilərə  öz  sənətlərini  sevməyi  arzulayıram.  Əlbəttə ki, seçdiyi sənəti   sevmədən, töcrübə və bilik toplamadan  heç  nəyə  nail olmaq  olmaz.

Onlara Məsuliyyətli  olmalarını   tövsiyə  edirəm. Məsuliyyətli olmadan  heç bir müvəffəqiyyət  əldə etmək olmaz. Gəmidə  sahildə  hörmətli,  izzətli olmalarını  arzulayıram, bir də  hər kəs gərək özü özünə  hörmət etsin ki, başqalarından da  hörmət görsünlər.
-Şahlar müəllim, bu il Azərbaycan gəmiçiliyinin 165, ASCO-nun yaranmasının 10 illiyidir. Bu yubileylər ərəfəsində də ürək sözlərinizi eşitmək xoş olardı.

 -Əlbəttə ki, bu bir tarixdir, bu yubileylər şərəfli tariximizin yadda qalan, nümunə göstərilən səhifələridir.. Əlbəttə ki, hər kəsə xoş arzularımı çatdırıram.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

Share: