Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın qərbində 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 38,8 min nəfər əhalisi olan Ramhörmüz şəhərindən 22 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: TASS