“Ukraynanın itkiləri 8 dəfə çoxdur”

“Ukraynanın itkiləri 8 dəfə çoxdur”

“Ukrayna əks-hücum cəhdlərində ciddi itkilər verir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 

Onun sözlərinə görə, Ukraynanın itkiləri Rusiya tərəfində olduğundan 8 dəfə çoxdur: “Əks-hücum iyunun 4-dən davam edir. Hələ ki nəticə yoxdur, yalnız Ukraynanın böyük itkiləri var”. 

Putin, həmçinin qeyd edib ki, xüsusi hərbi əməliyyat 2014-cü ildən davam edən müharibəni dayandırmaq cəhdidir: “Rusiya bu dövr ərzində münaqişəni dinc yolla nizamlamaq üçün hər şey edib”.


Share: