Paşinyan: “Mehri dəmir yolunu bərpa etməyə hazırıq”

Paşinyan: “Mehri dəmir yolunu bərpa etməyə hazırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rəsmi İrəvan Ermənistanın cənubunu Azərbaycanla, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan bölgəsini birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də İran və Gürcüstana Qərb bazarlarına çıxış əldə etməyə imkan verəcək.

O əlavə edib ki, Ermənistan öz ərazisindən beynəlxalq tranzit daşımaları, boru kəmərləri və elektrik xətləri çəkilməsini təmin etməyə hazırdır.

Mənbə: Sputnik Ermənistan

Share: