Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Luis Rubialeslə bağlı qalmaqaldan və ardınca onun istefasından sonra İspaniya Kral Futbol Federasiyası yeni prezidentini seçməyə hazırlaşır.
Çoxsaylı iddiaçılar arasında geniş futbolsevərlərə yaxşı məlum olan bir ad peyda olub.
Məlumata görə, vakant yeri tutmaq üçün favorit may ayında yaşıl meydançaları tərk edən tanınmış hakim Antonio Mateu Laosdur.
Gözlənilir ki, Laos bir çox klubların, hakimlər korpusunun, FİFA, La Liqa və bir sıra regional federasiya prezidentlərinin dəstəyini alacaq
Qeyd edək ki, Laos federasiyaya prezident seçkilərində iştirak etmək niyyətini hələ rəsmən açıqlamayıb.
Mənbə: Marca