Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bəziləri fitnes zallara sağlamlığını düşünərək üz tutsa da, yalnız xarici görünüşü üçün bunu edənlər də az deyil.
Belə olan halda idman qidaları və proteinlərin qəbulu məsələsi gündəmə gəlir.
Həmin qidaların istifadəsi ilə bağlı müxtəlif yanaşmalar isə çaşqınlığa səbəb olur. Bəs bu növ qidaların tərkibi nədir və hansı hallarda zəhərə çevrilə bilər?
Qida mütəxəssisi Namiq Cəfərov bildirib ki, idman qidalarının tərkibində protein və vitaminlər var:
“Protein ingilis sözüdür və azərbaycanca zülal deməkdir. Fitneslə məşğul olan şəxsin 70 kilo çəkisi varsa, o gün ərzində 140 qram zülal qəbul etməlidir”.
Ətraflı Baku TV-nin süjetində: