Balakəndə intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Hənifə kənd sakini, 1985-ci il təvəllüdlü Elmir Ramazan oğlu Şabanov ailəsinə məxsus fındıq bağında sirkə turşusu içərək həyatına son qoyub.
Oxşar hadisə Şəkidə də baş verib. Şəki şəhər sakini 1959-cu il təvəllüdlü Xanlar Məmmədov yaşadığı evin həyətində özünü asıb. Onun meyitini kürəkəni aşkar edib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.