Azərbaycan klubunda qalmaqal — Səfər oyununa getmədilər

Azərbaycan klubunda qalmaqal — Səfər oyununa getmədilər

Birinci Liqada mübarizə aparan “İrəvan” klubunda rəhbərliklə futbolçular arasında gərginlik davam edir.

“Qafqazinfo” xəbər verir ki, oyunçular bu gün “İmişli” ilə səfər oyununa yollanmayıblar. 

5-ci tur çərçivəsində keçiriləcək qarşılaşma baş tutmayacaq. Rəhbərlik futbolçulara yarım aylıq maaşlarını ödəyəcəyəklərini desə də, onlar bununla razılaşmayıb. 

Nəticədə onlar İmişliyə getməyiblər. 


Share: