Azərbaycan Prezidenti, Ali Baş Komandanı, Beynəlxalq Terrora qarşı amansız və bağışmaz cəbhə yaradan və sonda milyonlarla insanın xilaskarına çevrilən İlham Heydər oğlu Əliyev Nobel mükafatına təqdim olunacaqmı?
O, iyirmi ildir ki, beynəlxalq terrorun bir qolu olan erməni terroru altında viranə qalan, yüz minlərlə azərbaycanlı övladların məhv olmasına qarşı, “Sülh səddi” çəkən İlham Əliyev hökmən Beynəlxalq Sülh Mükafatına təqdim olunmalıdır.
Əlbəttə, tək o yox. Ümumiyyətlə Azərbaycan millətini terrordan və ölümdən, işgəncələrdən xilas edən “Əliyevlər ailəsi” bütövlükdə Beynəlxalq Sülh Mükafatına təqdim olunmalıdır.
Fikrimcə bu, Beynəlxalq aləmdə ən güclü qələbə addımı ola bilər.
Azərbaycan Parlamenti bununla bağlı düşünməli, yeni “Direktivlərini”, “Müraciətlərini” hazırlamalıdır.
Biz Avropanı, NATO-nu… BMT-ni gözləyə bilmərik…
Rövşən Novruzoğlu,
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq