İtkin düşən gənc alpinistlərlə bağlı İLGİNC İDDİA: “Sağdırlar” – FOTO


Məlum olduğu kimi ötən ilin dekabr ayında “Giləvar” hava-ekstrim idman klubunun 3 üzvü itgin düşüb. Dekabrın 23-də Tufandağa yürüşə çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə ilə əlaqə dekabrın 24-də itib.
Müstəqil.az cəbhə.info-ya istinadən xəbər verir ki, dövlət orqanlarının iştirakı ilə onların axtarışına müvafiq qüvvələr cəlb olunsa da, alpinistlər tapılmayıb. Eləcə də həmin ərazilərdə aparılan axtarışlar zamanı hər hansı cəsəd də üzə çıxmayıb.
İndi isə alpinistlərin sağ olması iddiası gündəmə gəlib. Belə ki, onlardan biri Babur Hüseynovun qohumu “Asan Radio”nun redaktoru Cəlalə Nəzəroğlu həmin hadisələr zamanı fasebook səhifəsində qohumunun şəklini paylaşıb. Həmin şəklin altından rəylər yazılıb. Hər kəs Cəlaləyə səbr və qohumunun tezliklə tapılmasını arzulasa da, “Smert ili Jizn” profilindən əminliklə Baburun sağ olduğu bildirilir: “Cəlalə Nəzəroğlu, qardaşın da və yoldaşları da sağdır!!! Mayın sonu ya da iyunun əvvəli qovuşacaqsız…əmin olun!!!”
Bu sözlərdən sonra onun niyə bunu yazması ilə bağlı suallar səslənir. Həmin profildən isə yeni bir əminliklə – “Mən dağlarda çox olan adamam və qar uçurumuna düşən olsa belə sürüşmə zonası açıq aşkar bilinir. Mən əminəm ki onlar yolu azıblar. Birazdan qar zad qalmayacaq və inşallah heç bir cəsəd tapılmayanda mənim sözümün təsdiqini tapacaqsız. Sadəcə operativ axtarış getməyib. Mən Şəkidə illərlə Böyük Qafqaz silsilə dağ uçurumlarından Rusiya ərazisinə keçən peşəkar adamlarla ünsiyyətdəyəm. Onların da fikrincə, onlar çox güman azıb sərhəddə olublar…amma o zonada qar uçqunu müşahidə edilməyib”.
İtkin düşən gənc alpinistlərlə bağlı İLGİNC İDDİA: İtkin düşən gənc alpinistlərlə bağlı İLGİNC İDDİA:

Share: