Premyer Liqada legioner mənzərəsi: Birinci dövrədə 112 əcnəbi meydana çıxıb

Premyer Liqada legioner mənzərəsi: Birinci dövrədə 112 əcnəbi meydana çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının birinci dövrəsində ümumilikdə 112 əcnəbi futbolçu meydana çıxıb.

“Report”un araşdırmasına görə, geridə qalan doqquz turda legionerlərin xidmətindən ən çox yararlanan komanda “Qarabağ”dır.

Son çempionun 14 əcnəbisi müxtəlif matçlarda iştirak ediblər. “Neftçi”, “Zirə” və “Sabah”da bu say 13-ə bərabər olub. Ancaq son iki komandada hazırda 12 xarici ölkə vətəndaşı var. Çünki mövsümün startında “Zirə”də Toni Qomes, “Sabah”da isə Coy Lens Mikels 1 oyuna çıxdıqdan sonra yolları ayırıblar.

Premyer Liqada ən çox futbolçu ilə təmsil olunan ölkə Braziliyadır. Cənubi Amerikanın 14 nümayəndəsi elita klublarının heyətində karyerasını davam etdirir. Fransa 11 vətəndaşı ilə siyahıda ikinci yerdə qərarlaşıb.

İlk dövrənin bütün qarşılaşmalarını əvəzedilmədən keçirən cəmi 9 əcnəbi oyunçu var.

15 legioner minimum 2 qol vurmağı bacarıb. Maraqlıdır ki, “Araz-Naxçıvan” və “Sumqayıt” bu siyahıya düşə bilməyib. Rəqib qapılarına ən çox yol tapan futbolçu 6 qolla “Qarabağ”ın hücumçusu Olavio Juninyodur.

Premyer Liqanın ən intizamsız əcnəbi futbolçusu “Sabah”ın müdafiəçisi Boyan Letiçdir. Serbiyalı oyunçu mövsümün geridə qalan hissəsində passivinə 3 sarı, 1 qırmızı vərəqə yazdırıb. Üç nəfər 4, səkkiz nəfər isə 3 sarı vərəqə alıb. Yalnız “Turan Tovuz”da legionerlər 2-dən artıq vərəqə görməyiblər.

Klubların heyətində meydana çıxan bütün əcnəbilər

“Qarabağ”

14 futbolçu: Abdullah Zubir, Adama Diakabi, Hamidu Keyta, Yassin Benzia (hamısı Fransa), Julio Romao, Olavio Juninyo, Mateus Silva (hamısı Braziliya), Kevin Medina (Kolumbiya), Leandro Andrade (Portuqaliya), Luka Quqeşaşvili (Gürcüstan), Marko Yankoviç (Monteneqro), Patrik Andrade (Kabo Verde), Redon Cica (Albaniya), Andrey Lunyov (Rusiya).

“Neftçi”

13 futbolçu: Andre Şinyaşiki, Yuri Matias (hər ikisi Braziliya), Ataa Caber, Kenni Sayef (hər ikisi İsrail), Ervin Koffi, Kilan Lebon (hər ikisi Fransa), İvan Brkiç (Xorvatiya), Mark Tamaş (Macarıstan), Yeqor Boqomolski (Belarus), Aaron Olanare (Nigeriya), Dieqo Valdes (Paraqvay), Lukas Melano (Argentina), Reziuan Mirzov (Rusiya).

“Zirə”

13 futbolçu: Eldar Quliyev, Vladislav Kulaç (hər ikisi Ukrayna), Filipe Paxtman, Ruan Renato (hər ikisi Braziliya), Andriya Lukoviç (Serbiya), Dmitrios Çantakias (Yunanıstan), İbrahim Abbas (Nigeriya), İssa Cibrila (Niger), Pyer Zebli (İtaliya), Salifu Suma (Qvineya), Stefan Aka (Fil Dişi Sahili), Tiaqo Silva (Portuqaliya), Toni Qomes (Qvineya Bissau).

“Sabah”

13 futbolçu: Con İrasabal, Sofian Çakla (hər ikisi İspaniya), Emmanuel Apeh, Cesse Sekidika (hər ikisi Nigeriya), Boyan Letiç (Serbiya), Coy Lens Mikels (Almaniya), Davit Volkov (Gürcüstan), Jarl Marqarita (Niderland), Kristian da Silva (Braziliya), Maruan Hadudi (Mərakeş), Vinsent Til (Lüksemburq), Kahim Parris (Yamayka), İshak Belfodil (Fransa).

“Araz-Naxçıvan”

11 futbolçu: Miço Kuzmanoviç, Numan Kurdiç, Semir Bukviç (hamısı Bosniya və Herseqovina), Vanderson Melo, İqor Ribeyro (hər ikisi Braziliya), Elvis Maşike (Konqo), İsmail Azzaui (Belçika), Kadiri Mohammed (Qana), Nuno Rodriges (Portuqaliya), Kristian Avram (Moldova), Aksel Nqando (Fransa).

“Turan Tovuz”

11 futbolçu: Bruno Qonçalves, Luis Paçu (hər ikisi Braziliya), Alexandro Serrano (İspaniya), Ayxan Quseynov (Rusiya), Belajdi Pusi (Albaniya), Denis Marandiçi (Moldova), Martin Petkov (Bolqarıstan), Otto Con (Nigeriya), Piruzi Marakvelidze (Gürcüstan), Roderik Miller (Panama), Emmanuel Hakman (Toqo)

“Qəbələ”

11 futbolçu: Gilad Abramov, Osama Xalayla (hər ikisi İsrail), Əhməd Ayzaya (Nigeriya), Bilel Auaşeriya (Fransa), Əyyub Allaş (Belçika), Kristof Atanqana (İspaniya), Lukas Afriko (Braziliya), Omar Hani (İordaniya), Yaovi Akakpo (Toqo), Zurab Oçiqava (Ukrayna), Samuel Tetteh (Qana).

“Sumqayıt”

10 futbolçu: Erik Sorqa (Estoniya), İsa Suliman (İngiltərə), Kamran Əliyev (Rusiya), Masaki Murata (Yaponiya), Oktavio Manteka (İspaniya), Roi Kehat (İsrail), Tresor Mossi (Burundi), Abu Dosso (Fil Dişi Sahili), Kasimir Ninqa (Çad), Kristian Velinovski (Şimali Makedoniya).

“Səbail”

8 futbolçu: Aleksandr Ramalinqom, David Qomis (hər ikisi Fransa), Nir Bardea, Yadin Luqasi (hər ikisi İsrail), Pedro Nuno, Valdemar Almeyda (hər ikisi Portuqaliya), Adi Mehremiç (Bosniya və Herseqovina), Anas Najah (Niderland).

“Kəpəz”

8 futbolçu: Abdullahi Şuaybu, Olavale Onanuqa (hər ikisi Nigeriya), Mate Kvirkviya, Georgi Papunaşvili (hər ikisi Gürcüstan), Vladislav Vasilyuçek, Yeqor Xvalko (hər ikisi Belarus), Martins Junior (Braziliya), Latir Fai (Portuqaliya).

Ən çox futbolçu ilə təmsil olunan ölkələr

Braziliya – 14

Fransa – 11

Nigeriya – 8

İsrail – 7

Portuqaliya – 6

İspaniya – 5

Gürcüstan – 5

Rusiya – 4

Bosniya və Herseqovina – 4

Ən çox oyun dəqiqəsi qazananlar

1-7. Ruan Renato (“Zirə”) – 810 dəqiqə

Tiaqo Silva (“Zirə”) – 810

Nir Bardea (“Səbail”) – 810

Numan Kurdiç (“Araz-Naxçıvan”) – 810

Vanderson Melo (“Araz-Naxçıvan”) – 810

Lukas Afriko (“Qəbələ”) – 810

Yeqor Xvalko (“Kəpəz”) – 810

8. Denis Marandiçi (“Turan Tovuz”) – 801

9. Bruno Qonçalves (“Turan Tovuz”) – 790

10. Əhməd Ayzaya (“Qəbələ”) – 784

11. Miço Kuzmanoviç (“Araz-Naxçıvan”) – 778

12. Əyyub Allaş (“Qəbələ”) – 775

13. Aleksandr Ramalinqom (“Səbail”) – 763

14. Alexandro Serrano (“Turan Tovuz”) – 754

15-21. Adi Mehremiç (“Səbail”) – 720

Kristian Avram (“Araz-Naxçıvan”) – 720

Mark Tamaş (“Neftçi”) – 720

Yuri Matias (“Neftçi”) – 720

İsa Suliman (“Sumqayıt”) – 720

Sofian Çakla (“Sabah”) – 720

Abdullahi Şuaybu (“Kəpəz”) – 720

22. Kenni Sayef (“Neftçi”) – 712

23. Valdemar Almeyda (“Səbail”) – 710

24. David Qomis (“Səbail”) – 707

25. Eldar Quliyev (“Zirə”) – 700

İki və daha çox qol vuranlar

1. Olavio Juninyo (“Qarabağ”) – 6

2. Aleksandr Ramalinqom (“Səbail”) – 4

3. Abdullah Zubir (“Qarabağ”) – 3

4. Hamidu Keyta (“Qarabağ”) – 3

5. Belajdi Pusi (“Turan Tovuz”) – 3

6. Osama Xalayla (“Qəbələ”) – 3

7. Martin Petkov (“Turan Tovuz”) – 3

8. Adama Diakabi (“Qarabağ”) – 2

9. Emmanuel Apeh (“Sabah”) – 2

10. Salifu Suma (“Zirə”) – 2

11. Roderik Miller (“Turan Tovuz”) – 2

12. Mate Kvirkviya (“Kəpəz”) – 2

13. Boyan Letiç (“Sabah”) – 2

14. Pedro Nuno (“Səbail”) – 2

15. Yuri Matias (“Neftçi”) – 2

QEYD: Eyni sayda qol vuranlar meydanda keçirdikləri dəqiqələrə görə sıralanıblar. Nisbətən az şans əldə edənlər yuxarı pillələrdə göstərilib.

Ən çox vərəqə alanlar

1. Boyan Letiç (“Sabah”) – 3 sarı, 1 qırmızı

2. Pedro Nuno (“Səbail”) – 4 sarı

3. Vanderson Melo (“Araz-Naxçıvan”) – 4 sarı

4. Yuri Matias (“Neftçi”) – 4 sarı

5. Julio Romao (“Qarabağ”) – 3 sarı

6. Martins Junior (“Kəpəz”) – 3 sarı

7. Vinsent Til (“Sabah”) – 3 sarı

8. Dmitrios Çantaklias (“Zirə”) – 3 sarı

9. Oktavio Manteka (“Sumqayıt”) – 3 sarı

10. Eldar Quliyev (“Zirə”) – 3 sarı

11. Əyyub Allaş (“Qəbələ”) – 3 sarı

12. Əhməd Ayzaya (“Qəbələ”) – 3 sarı

QEYD: Eyni sayda vərəqə alanlar meydanda keçirdikləri dəqiqələrə görə sıralanıblar. Nisbətən az şans əldə edənlər yuxarı pillələrdə göstərilib.

Share: