İstanbulda polis jileti ilə obyektə daxil olub zərgər ustasını qarət etdilər

İstanbulda polis jileti ilə obyektə daxil olub zərgər ustasını qarət etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulun Fatih rayonunda biri polis jiletində olmaqla, üç nəfər zərgərlik işi ilə məşğul olan şəxsin iş yerinə daxil olub. Soyğunçular hədə-qorxu yolu ilə zərgər ustasının 200 min türk lirəsi (12 min manat) və 50 min dollarlıq vəsaitini oğurlayaraq hadisə yerindən uzaqlaşıblar.

Hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Artıq polis jiletində olan soyğunçu saxlanılıb, cinayətdə iştirak etmiş iki nəfərin axtarışları davam etdirilir.

Mənbə: DHA

Share: