İsrail paytaxtında HƏMAS tərəfindən girov götürülən şəxslərin şəkilləri nümayiş etdirilir

İsrail paytaxtında HƏMAS tərəfindən girov götürülən şəxslərin şəkilləri nümayiş etdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təl-Əviv küçələrində HƏMAS tərəfindən qaçırılan mülki şəxslərin fotoları asılıb.

Yerli sakinlər və şəhərdə olan turistlər mütəmadi olaraq girov saxlanılan şəxslərin fotolarının asıldığı lövhənin önünə gəlir, oraya öz ürək sözlərini yazırlar.

Həmçinin girov saxlanılan şəxslərin şərəfinə simvolik olaraq masa açılıb ki, bununla da məlum “Nature Party” musiqi festivalında yaşanan faciə yad edilir.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqarinin məlumatına görə, Qəzza zolağında hazırda 210 nəfər girov saxlanılır.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Share: