Azərbaycan Premyer Liqasında X tura Qəbələdə yekun vurulacaq

Azərbaycan Premyer Liqasında X tura Qəbələdə yekun vurulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, son matçda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. “Qırmızı-qaralar” 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb.

16:30. “Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Azər Əsgərov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (4:2), “Sabah” “Sumqayıt”ı (3:1) məğlub edib. “Turan Tovuz” – “Qarabağ” (2:2), “Kəpəz” – “Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Share: