Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qəzza zolağında müharibə üç aya qədər davam edə bilər, lakin sonda HƏMAS olmayacaq”.
Bu bəyanatla İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.
“Bu, Qəzza zolağında sonuncu yerüstü manevr olmalıdır, çünki bundan sonra HƏMAS olmayacaq. Bu, bir ay, iki ay, üç ay çəkəcək, amma sonunda o, yox olacaq”, – deyə o bildirib.
Yoav Qalant həmçinin əlavə edib ki, düşmən əvvəlcə İsrail Hərbi Hava Qüvvələrinin bombaları, daha sonra isə zirehli və piyada qoşunları ilə qarşılaşacaq.
Mənbə: The Times Of Israel.