İlon Mask “Vikipediya”ya adını dəyişdirmək üçün bir milyard dollar təklif etdi

İlon Mask “Vikipediya”ya adını dəyişdirmək üçün bir milyard dollar təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı milyarder və iş adamı İlon Mask “Vikipediya”ya bir milyard dollar müqabilində adını dəyişməyi təklif edib.

Bu barədə o, öz “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında yazıb.

Eyni zamanda, alternativ olaraq sahibkar “Vikipediya”ya nalayiq ad təklif edib.

“Əgər adı “Dikipediya”ya dəyişdirsələr, onlara bir milyard dollar verəcəyəm”, – deyə Mask yazıb.

Xatırladaq ki, keçən il İlon Mask “Vikipediya”nı ABŞ prezidentinin oğlu Hanter Baydenlə bağlı qalmaqalla bağlı məqalələrin qərəzli redaktəsinə görə tənqid etmişdi.

Bundan əvvəl “Vikipediya”nın qurucusu Cimmi Ueyls, Maskın “Twitter” sosial şəbəkəsi ilə bağlı problemləri tamamilə səhv müəyyən etdiyini söyləyib. Onun sözlərinə görə, “Twitter”də əsl problem söz azadlığının olmaması deyil “trolling” və təhqirlərlə bağlıdır.

2023-cü ilin oktyabrında Mask “Vikipediya”da vəsaitlərin məqsədəuyğun istifadə edilməməsindən şübhələnib. O, yazıb ki, “Wikimedia Foundation” bu qədər pulu heç də onlayn ensiklopediya işlətməmək üçün istəmir.

Share: