“Regional sülh Azərbaycan və Ermənistan arasındakı sülh sazişindən keçəcək”

“Regional sülh Azərbaycan və Ermənistan arasındakı sülh sazişindən keçəcək”

“Regional sülh və sabitliyə aparan yol Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Tehranda “3+3” formatında keçirilən xarici işlər nazirlərinin görüşündə bildirib.

O, regional nəqliyyat əlaqələrinin açılmasının normallaşma və sülh proseslərini sürətləndirəcəyini vurğulayıb:

“Türkiyə davamlı sülhü təmin etmək üçün regional problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır. Bu formalaşma həm də beynəlxalq ictimaiyyətə region ölkələrinin öz problemlərini həll edə biləcəyini göstərmək baxımından əhəmiyyətlidir. Sevindirici haldır ki, regionda əməkdaşlıq və dostluq qarşısındakı maneələr aradan qaldırılıb”.

Həmcinin bu xəbəri rus dilində oxuyun: Москва “отфутболила” кандидата на пост посла Армении в РФ


Share: