ABŞ Dövlət Departamenti Türkiyənin bu addımını alqışladı

ABŞ Dövlət Departamenti Türkiyənin bu addımını alqışladı

“ABŞ Türkiyə Parlamentindən İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu mümkün qədər tez nəzərdən keçirib qəbul etməyi gözləyir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib. Prosedura əsasən, sənədə ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyası baxacaq. Protokol təsdiq olunarsa, parlamentdə tam tərkibdə səsə qoyulacaq. Biz Türkiyənin bu addımını alqışlayırıq. Ümid edirik ki, bu qanun layihəsi Türkiyə parlamenti tərəfindən ən qısa zamanda nəzərdən keçiriləcək və qəbul ediləcək”, – deyə Miller bildirib.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlük protokolu Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Xatırladaq ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.


Share: