Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan Rusiya silahlarının alınması üçün pul ödəyib və indi onların çatdırılmasını gözləyir”.
Bunu Ermənistan Milli Assambleyasının Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komitəsinin sədri Andranik Koçaryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Koçaryan Rusiyadan alınan 400 milyon dollarlıq silahların harada olması ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
“Biz bu milyonları silaha sahib olmaq üçün ödədik, indi onları gözləyirik. Mənə elə gəlir ki, istənilən müqavilədə müddətlər nəzərdə tutulur, müddətlərin pozulması halında isə sanksiyalar”, – deyə Koçaryan bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın müttəfiqlərindən birinə silah tədarükü üçün yüz milyonlarla dollar ödənildiyini, lakin silahların gəlib çıxmadığını bəyan etmişdi.
Mənbə: Erməni KİV