Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yeni Zelandiya “Yırtıcı siyasəti” dövrünü elan edib. 2050-ci ilə qədər bütün siçovullar, sincablar, opossum və vəhşi pişiklər bu siyasətin qurbanı olacaqlar. Ölkə faunanı nəcib bir bəhanə ilə məhv edir – yerli növləri qorumaq üçün.
Bu barədə “The Post” da dərc olunan məqalədə bildirilir.
Məlumata görə, hazırda yırtıcılara qarşı müharibə tam sürətlə davam edir: Aborigen qrupları, fəallar, peşəkarlar və könüllülər silaha sarılıb.
“Yırtıcılara qarşı müharibə elan edilməsi ilə peşəkarlar və könüllülərdən ibarət bir ordu silaha sarıldı. Minlərlə hektar ucqar ərazi heyvanlardan geri alınıb, icma qrupları isə öz ərazilərini şiddətlə müdafiə etmək üçün ölkə daxilində tələlərdən istifadə edirlər. Yeni Zelandiya səlahiyyətliləri yırtıcı heyvanları 2050-ci ilə qədər tələyə salmaq və ya zəhərləmək yolu ilə məhv etməyə çalışır. Yırtıcılar geri çəkilir”, – deyə məqalədə vurğulanıb.
Müəllif, həmçinin bu yırtıcı siyasətin “nəcib məqsədini” sual altına alıb:
“Adıçəkilən heyvanlardan tamamilə “xilas olmaq” hədəfi çox qəddar deyilmi və bu, təbiətin balanslaşdırılmış vəziyyətini alt-üst etməyəcəkmi? Həmçinin bu hərəkat siyasi və ya hansısa lobbi marağı xatirinə edilmir ki?”
Mənbə: The Post