AFFA bu kluba texniki məğlubiyyət verdi

AFFA bu kluba texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi Azərbaycan 1-ci liqasında mübarizə aparan İrəvan klubuna texniki məğlubiyyət verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında qərar qəbul olunub. 

“İrəvan” 1-ci liqanın 5-ci turunda “İmişli” ilə görüşə gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb. Həmçinin klub 400 manat cərimə edilib.

Qeyd edək ki, “İrəvan” klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıblar.


Share: