Dönərdən zəhərlənən məktəblilərin son durumu

Dönərdən zəhərlənən məktəblilərin son durumu

Ötən gün dönərdən zəhərlənən məktəblilərin vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) daha bir məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya verilən son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bir uşaq ailəsinin iltizamnaməsi ilə, bir uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb.

Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.


Share: