Demilitasiya məsələsində son qərarı Azərbaycan Prezidenti verəcək

Demilitasiya məsələsində son qərarı Azərbaycan Prezidenti verəcək

Məlumata görə Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərində Demilitasiya məsələlərini yekunlaşdırmaq məqsədilə 70 və 80-ci illərin xəritələrinə (bu nadir xəritələr olmalı idi) baxmağı istəyib.

Ölkə başçısı təqribən iki il öncə rəsmi dairələrə bununla bağlı “Xüsusi tapşırığı”da olub. O, hətta əlaqədar və məsul insanlara xəbərdarlıq da edib ki, qədim və köhnə sərhəd xəritələrini toplamaq lazımdır. Bütün bu xəritələr Demilitasiya üçün lazımdır.

Tehranda keçirilən komissiya iclaslarında Rusiya Fedeyasiyasının Xarici İşlər Naziri cənab S.Lavrov isə xarici jurnalistlərə verdiyi müsahibəsində göstərib: “Azərbaycan-Ermənistan sərhədlərinin demilitasiya üçün nəzərdə tutulan qədim xəritələr ancaq bizdədir (yəni Rusiya Federasiyasında).

Belə çıxır Demilitasiyaya əliboş gedirik?

O biri tərəfdən də Pentaqonda (ABŞ) və Fransanın hərbi Kəşfiyyat İdarələrində, Xəritəçəkmə İnstitutlarında buraxılan qədim hərbi xəritələr çap olunaraq yayılmaqdadır. Maraqlısı budur ki, çap olunan hərbi xəritələrdə Azərbaycan Ermənistanın ərazisi kimi göstərilir. Məlumat üçün deyək ki, bu qondarma xəritələrin saxta oldu məlumdur. Amma nə qədər maraqlı da olsa, artıq ABŞ-ın Fransanın, Almaniyanın və RF-na məxsus hərbi institutların otaqlarında saxta məlumatlarla əhatələnmiş xəritələr açılmaqdadır.

Amma fikrimcə tarixi aldatmaq olmaz, onu sadəcə ləngitmək olar. Bunu isə RF-nın XİN-də yaxşı bilirlər. Demilitasiya məsələsi Azərbaycan Ali Baş Komandanı, ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi olacaq.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

 

Share: