Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın Cənubi Xorasan əyalətində 5,1 bal gücündə zəlzələ olub.
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: TASS