Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ silahlı qüvvələri Prezident Co Baydenin göstərişi ilə Suriyada İrana bağlı proksi-qruplaşmaların hərbi məntəqələrinə zərbələr endirib.
Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat yayıb.
ABŞ hərbi departamentinin rəhbərinin sözlərinə görə, bu dəqiq zərbələr İranla əlaqəli silahlı qruplar tərəfindən oktyabrın 17-dən etibarən İraq və Suriyada ABŞ şəxsi heyətinə qarşı davam edən və əsasən uğursuz hücumlara cavabdır.
“Bu hücumlar nəticəsində 21 amerikalı hərbçi xəsarət alıb. Lakin onların hamısı müalicələrini başa vuraraq öz xidməti vəzifələrinə qayıdıblar”, – deyə ABŞ-nin müdafiə naziri qeyd edib.
Bəyanatda o da vurğulanıb ki, bu zərbələr İsrail və HƏMAS arasında davam edən münaqişə ilə əlaqəli deyil.
“Əgər İranın dəstəklədiyi qruplar ABŞ hərbçilərinə hücuma davam edərsə, xalqımızı qorumaq üçün lazımi tədbirlər görməkdən çəkinməyəcəyik”, – deyə nazir vurğulayıb.
Mənbə: TASS