Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Saray qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış sakinin xilası üçün FHN-ə müraciət edilib.
“Qafqazinfo” xəbər verir ki, dərhal ünvana gələn FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri xüsusi xilasetmə vasitələrindən istifadə edərək onüçmərtəbəli yaşayış binasının onikinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq bağlı qapı arxasında halsız vəziyyətdə qalmış yaşlı vətəndaşı xilas ediblər.