Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Perm şəhərində Motovilixa gölündə iki kişinin cəsədi tapılıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Mövcud məlumata görə, onların üzərində boğulma əlamətləri var. Ölənlərdən birinin 19, ikincinin isə 44 yaşı var.
“İki nəfərin ölümü ilə bağlı prosessual araşdırma aparılır. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir”, – deyə məlumatda qeyd olunur.
Mənbə: osnmedi.ru