Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Güclü rəqiblə matçda bir xal qazandıq”.
“Report”un məlumatına görə, bunu “Səbail”in futbolçusu Pedro Nuno “Zirə” ilə heç-heçə (2:2) etdikləri Azərbaycan Premyer Liqasının XI turunun oyunu ilə bağlı şəxsi “Instagram” hesabında yazıb.
28 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini də bildirib:
“Mən də vurduğum iki qola görə xoşbəxtəm”.
Qeyd edək ki, Pedro Nuno “dənizçilər”in hər iki qolunun müəllifi olub. Portuqaliyalı oyunçu iyulun 5-də paytaxt təmsilçisinə keçib.