R.T.Ərdoğan: “Mİ-6”-nın “Mossad”ın kəşfiyyat qrupları bizim kəşfiyyatın başında dayanan Xakan Fidanı izləməkdə davam edir…”
Araşdırma materiallarına görə bir neçə dəfə Türkiyə MİQ-nin başçısı Xakan Fidan həbsxanada Kürd Fəhlə Partiyasının lideri, Beynəlxalq Terror Təşkilatlarında adı hallanan (PKK) Abdulla Öcalanla telefon danışıqları aparıb. Türk Cümhuriyyətinin rəhbəri R.T.Ərdoğan açıqlamalarının birində göstərib ki, “Mİ-6” və “Mossad” liderləri X.Fidon haqqında matelriallar toplamaqda davam edirlər. Başqa bir məlumata görə fikrimizcə həm “Mossad”ı və həm də “Mİ-6”-nı Azərbaycanın Zəngəzur Dəhlizi daha çox maraqlandırır.
Məlumata görə Türk Dünyasında “Cəsur Kəşfiyyat lideri” imicini qazanmış X.Fidan ölkəsinə etdiyi misilsiz xidmətlərə görə ölkə başçısının da sevimlisinə çevrilib. X.Fidan hətta səhv etsə belə, mən onu dəyişməyəcəm. O, özünü təsdiq edib…” – Bunu isə Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı 644 (6 iyul) saylı 1965-ci il qanuna əsasən qurulub. 2937-ci qanuna görə (694 saylı 25 avqust 2017-ci il qanun) MİQ-bütövlükdə ölkə başçısının tabeçiliyinə keçib və “Qala” möhətəşəm kəşfiyyat mərkəzi yaranıb.
Tədqiqatımıza görə bu təşkilat quruluşuna və strukturuna görə vaxtilə Azərbaycanda fəaliyyətdə olan “Prezident Yanında Xüsusi İdarə”nin eynidir. Bu idarəni isə Ümummilli liderimiz Heydər Əliyev yaratmışdı. Kəşfiyyat İdarələrini müqayisə edərkən Türkiyə Analitikləri göstərirlər ki, Azərbaycanda eyni strukturıa malik olan “Xüsusi İdarə” baş verən qətllərə və rüşvətə qurşanmış kadrların saxta işlərinə görə Prezident İlham Əliyev tərəfindən fəaliyyəti dayandırıldı.
Rövşən Novruzoğlu,
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq