İrəvanın Respublika meydanında başlayan mitinqə, söz verdiyi kimi, tanınmış rok müğənnisi Serj Tankyan da qatılıb.
Müstəqil.Az xəbər verir ki, gecə saatlarında baş tutan mitinqə Tankyan müxalif lider Nikol Paşinyanın müşayiəti ilə gəlib.
Nikol Paşinyan mitinqdəki çıxışında 8 mayı qeyri-iş günü elan edib. O bildirib ki, sabah xalqın 95 faizinin dəstəklədiyi şəxs – Paşinyan – baş nazir seçiləcək.
“Seçkilər 12:00-da başlayacaq. Danışdığımız kimi, 11:00-dan vətəndaşları Respublika meydanına toplanmağa çağırıram. Artıq vəd almışam ki, Çıxış, Daşnaksütyun, Çarukyan blokları, həmçinin Respublika Partiyasının deputatlarından bəziləri mənə səs verəcək”, – Paşinyan deyib.
O bildirib ki, ondan tez-tez “sabah mitinq olacaqmı” deyə soruşurlar: “Yox, sabah mitinq olmayacaq, sadəcə, sabah üçün qeyri-iş günü elan edirəm”.
Müstəqil.Az